BQXK nümayəndələri Azərbaycanda əsirlikdə olan şəxslərə baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri iyunun 10-da Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Şəhla Qəhrəmanova SİA-ya açıqlamasında bildirib ki, əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. BQXK nümayəndələri tərəfindən hərbi əsirlərə 3 "Qızıl Xaç" məktubu, ailəyə isə bir "Qızıl Xaç" məktubu çatdırılıb. Ailədən isə bir "Qızıl Xaç" məktubu götürülüb. Hərbi əsirlər isə ailələrinə şifahi məlumat göndəriblər.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB