SAM “Qloballaşma, Milli İdeya və Müasir Azərbaycan” mövzusunda müzakirə keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə "Qloballaşma, Milli İdeya və Müasir Azərbaycan" mövzusunda milli müzakirə keçiriləcək. SAM-dan SİA-ya verilən xəbərə görə, tədbirdə milli ideya və yeni milli gerçəklik, qloballaşan dünyada milli identikliyə çağırışlar, milli ideya və milli inkişaf strategiyası, Azərbaycançılıq XXİ əsrdə: İdeya. Missiya. Dövlətçiliyin fundamental resursu və s. məsələlər əsas müzakirə mövzuları olacaq.
Müzakirələrdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, AMEA, SAM və ADA-nın məsul əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB