Prezident İlham Əliyev: “Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda Serbiyanın ərazi bütövlüyünü daim müdafiə edəcəkdir”
"Biz Serbiyanın ərazi bütövlüyünü tanıyırıq və üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bu ölkənin ərazi bütövlüyünü daim müdafiə edəcəyik". SİA-nın rəsmi mənbələrə istinadən verdiyi xəbərə görə, bu sözləri Serbiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, heç bir ölkənin beynəlxalq birlik tərəfindən
tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Beynəlxalq
hüququn normaları bütün hallarda üstünlük təşkil etməlidir və bu, bizim
prinsipial mövqeyimizdir. Biz bu mövqedən bir addım da geri atmayacağıq.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
ədalətli mövqeyinə görə Serbiya hökumətinə və rəhbərliyinə minnətdarlığını
bildirib.
"Bizi birləşdirən təkcə ağrılarımız, dərdlərimiz, problemlərimiz deyildir. Bizi
birləşdirən hər iki ölkədə olan nikbinlik əhval-ruhiyyəsidir. Biz tam əminik
ki, ölkələrimizin gələcəyi parlaq olacaqdır", - deyə dövlətimizin başçısı
vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB