Araz Əzimov: “Risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbi ilə icarə haqqının məbləği də artırılmalıdır” - AÇIQLAMA

Araz Əzimov: “Risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbi ilə icarə haqqının məbləği də artırılmalıdır” - AÇIQLAMA

Rusiya Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarə müddətini uzatmaq istəyir. Biz əməkdaşlıq etmək üçün hazırıq, ancaq şərtlər yenidən gözdən keçirilməlidir. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov "Reuters"ə müsahibəsində deyib. "Tərəflər arasında mövcud olan şərtlərə hansı yeniliklər əlavə olunmalıdır" sualına cavabında A.Əzimov bildirib ki: " Hazırda Rusiya hər il icarə haqqı üçün 10 mln. dollar ödəyir. Risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbi ilə icarə haqqının məbləği də artırılmalıdır. Bu zəmində rəsmi Bakı Qəbələ RLS-in icarə qiymətini artırmaq niyyətindədir. Eyni zamanda oxşar vəziyyətlərə nəzər salsaq görərik ki, Rusiya Qəbələ radiolokasiya stansiyasının icarəsi üçün az məbləğ ödəyir".

Nazir müavini rəsmi Bakının konkret hansı məbləği tələb etdiyini açıqlamayıb.

Xatırladaq ki, Qəbələ RLS Rusiyanın raket hücumundan müdafiə sisteminin mühüm elementidir. O cənub istiqamətindən mümkün raket zərbələri barədə əvvəlcədən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ilin sonunda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə