Azərbaycan Prezidenti \"Dövlət qulluğu haqqında\" qanuna dəyişiklikləri təsdiq edib
Azərbaycan Prezidenti İlham Əliyev \"Dövlət qulluğu haqqında\" qanuna dəyişiklikləri təsdiq edib, SİA-nın xəbərinə görə, \"Dövlət qulluğu haqqında\" qanuna edilən dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yuxarı yaş həddi 65-dir.
65 yaşına çatmış dövlət qulluqçusunun
dövlət qulluğunda olma müddəti müvafiq
icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.
Dəyişikliyə görə, inzibati vəzifələrin 1-4-cü təsnifatına aid vəzifələrdə
qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti çalışdığı icra
hakimiyyəti orqanının razılığı əsasında 5 ildən artıq müddətə uzadıla bilər.
Dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət
qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən
qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.
Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun
razılığı əsasında yol verilir.
Dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatması onun dövlət qulluğuna xitam verilməsi üçün əsasdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB