Əli Bilgə Cankorel: \"İyun ayında iqtidar və müxalifət nümayəndələrinin görüşü olacaq\"
İyun ayında ATƏT-in Bakı ofisinin təşəbbüsü və təşkilatçılığı ilə iqtidar və müxalifət nümayəndələrinin görüşü olacaq. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib: "Bizim hakimiyyət-müxalifət dialoqunu təşkil etməklə bağlı görüşlərimiz hər zaman davam edir. İqtidar və müxalifətlə birgə konfrans keçirilməsi hazırda gündəmimizdə olan məsələdir. Önümüzdəki həftələrdə bunun baş tutacağını təxmin edirəm".
Onun sözlərinə görə, ATƏT və Azərbaycan hakimiyyəti arasında danışıqlar hər zaman davam edir: "Önümüzdəki seçkilərə qədər yeni qanunların qəbulu və mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi normaldır. Əgər qanunlarda hər hansı boşluqlar varsa, bunların təkmilləşdirilməsi əlbəttə həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB