Beynəlxalq qurumların və Avropa Birliyi ölkələrinin səfirləri İctimai Palatanın təmsilçiləri ilə yenidən görüşəcəklər

Beynəlxalq qurumların və Avropa Birliyi ölkələrinin səfirləri İctimai Palatanın təmsilçiləri ilə yenidən görüşəcəklər

Beynəlxalq qurumların və bir sıra xarici ölkələrin səfirliklərinin təmsilçiləri növbəti dəfə Müsavat Partiyasının qərargahında Vətəndaş Hərəkatı – İctimai Palatanın təmsilçiləri ilə görüşməyi planlaşdırır. SİA-nın xəbərinə görə, bununla bağlı artıq İctimai Palatanın üzvləri ATƏT-ə, Avropa Şurasının, Avropa Birliyinin Bakı ofislərinin təmsilçilərinə, ABŞ, Almaniya, Böyük Britaniya və Norveç səfirliklərinin nümayəndələrinə dəvətnamə göndəriblər.

ATƏT-in Bakı ofisi artıq faktı təsdiqləyib. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel görüş üçün İctimai Palata tərəfindən dəvət edildiyini bildirib: "Hansısa beynəlxalq təşkilatın nümayəndəsi və ya hansısa ölkənin səfiri ilə Azərbaycan müxalifət nümayəndəsinin görüşməsinə hər-hansı bir adamın etiraz bildirməsi səhvdir. Azərbaycan demokratik ölkədir və belə məsələlərdə dözümlülük nümayiş etdirilməlidir. İctimai Palata rəhbərliyi ilə görüşə mən də dəvət olunmuşam. İmkan dairəsində iştirak etməyə çalışacağam. Əgər vaxt məhdudluğu olsa məni bu görüşdə müavinim təmsil edəcək".

Beynəlxalq qurumların və Avropa Birliyi ölkələrinin səfirləri İctimai Palatanın təmsilçiləri ilə yenidən görüşməsi iyunun 10-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə