Respublika Baş Prokurorluğunda kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Murad Kazımov tutduğu vəzifədən azad olunaraq Siyəzən rayon prokuroru, Yevlax rayon prokuroru vəzifəsini icra edən Firdovsi Nemətli Salyan rayon prokuroru, Salyan rayon prokuroru vəzifəsini icra edən Elxan Pənahov isə Yevlax rayon prokuroru vəzifələrinə təyin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB