Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib.
XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakıda keçirilən ənənəvi Xəzər neft-qaz sərgisində iştirak etməsindən məmnun olduğunu bildirən qonaq, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib.
Öz növbəsində, Nazir E.Məmmədyarov Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə danışaraq bu xüsusda Azərbaycanın Avropanın enerjidaşıyıclarla təchizində maraqlı olduğunu qeyd edib.
Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB