Norveç Krallığının Vəliəhdi: \"Biz Norveçlə Azərbaycan arasındakı əlaqələrə çox böyük önəm veririk\"
Norveç Krallığının Vəliəhdi, Əlahəzrət Hookon mətbuata aşıqlamas verib. Bildirib ki: \"Beləliklə, bizim Bakıda iki çox gözəl, yadda qalan günümüz olmuşdur. Mən özümlə Norveçə Azərbaycan xalqının ürək hərarətini və yüksək qonaqpərvərliyini aparacağam. Bizi hər yerdə çox hərarətlə qarşıladılar və bizim zati-aliləri cənab İlham Əliyevlə şam yeməyimiz də çox yadda qalan oldu. Biz Norveçlə Azərbaycan arasındakı əlaqələrə çox böyük önəm veririk. Bilirsiz ki, Norveçin "Statoil" şirkəti də burda fəaliyyət göstərir. Biz bu gün Neft-Qaz sərgisində də olduq və oradan çox xoş təəssüratlarla ayrıldıq. Bu sənaye sahəsi Azərbaycanda həqiqətən də təqdirəlayiq yol keçib. Biz evimizə Azərbaycandan çox gözəl təəssüratlarla qayıdırıq və Azərbaycan xalqının qonaqpərvərliyi də bizim qəlbimizdə əbədi qalacaq.
Azərbaycan öz neft ehtiyatlarını çox rasional şəkildə istifadə edir. Biz neftdən gələn gəlirlərin şəffaflıq dərəcəsinə nəzər yetirmişik və son 10 ildə ölkədə yoxsulluğun aşkar şəkildə azalması həmin neft gəlirlərinin xərclənməsindəki şəffaflığı göstərir. İnsan inkişafı göstəricilərinə nəzərən Azərbaycan artıq inkişaf etmiş ölkələr sırasına çatmaqdadır\".
Norveçin
Neft və Energetika Naziri Ola Borten Moe: "Biz bu iki gündə ölkələrimiz
arasında neft-qaz sənayesi arasındakı inkişaf perespektivlərini müzakirə etdik.
"Şahdəniz" yatağı üzrə davam edən işlər bu sahədə iki ölkə arasında yeni
səhifələr açır".
Bundan
əlavə vəlihədə ünvanlanan \"İlham Əliyevlə görüşdə hansı məsələləri müzakirə
etdiniz\" sualına vəlihəd: " İlk öncə onu qeyd edim ki, bizim zati-aliləri ilə
görüşümüz çox səmərəli keçdi. Lakin sizin sualın cavabını isə bizim xarici
işlər nazirinin müavini Espen Barth Eipe cavablandıracaq".
Nazir
müavini isə öz növbəsində bunları dedi: "Cənab Prezidentlə görüşümüz zamanı
bizim insan hüquqları ilə bağlı söhbətimiz oldu və söhbət əsnasında onu da vurğuladıq ki, Azərbaycanın bu
sahədə ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə
yetirir. İstər zati-aliləri, istərsə də Prezident Administrasiyası bu sahədə
üzərlərinə düşən işləri görməyə hazırdırlar.
Onu
da qeyd edim ki, vəlihəd həzrətlərinin Eynulla Fətullayevlə geniş görüşü
olub. Onunla görüş zamanı vəlihəd onun azadlığa çıxması münasibətilə təbrik
edib. Eyni zamanda Cənab İlham Əliyevlə görüş zamanı da bu hadisədən
məmnunluğumuzu ona çatdırmışıq".
Norveçin neft və energetika naziri Ola Borten Moe: "Azərbaycan qazının Avropaya nəqli
mövzusunda bizim söhbətimiz olmuşdur. Müxtəlif qaz mənbələrinin
genişləndirilməsi və onun Avropaya çatdırılması, energetik təminatının
diversifikasiyasıdır. Azərbaycanın Avropaya qaz nəqli burda istifadə edilən
digər zəhərli və zərərli maddələrdən istifadəni azalda bilər. Söhbət kömür və
atom enerjisindən gedir. Zənnimcə Azərbaycan üçün gözəl imkan yaranıb ki,
Avropa bazarında öz yerini genişləndirsin. Mənə elə gəlir ki, bu həm ölkənizə,
həm də cəmiyyətinizə faydalı lahiyə olacaqdır. Lazım gəlsə "Statoil" bu sahədə
öz köməyini əsirgəməyəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB