Azərbaycan Prezidenti: “1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulub”
"Deyə bilərəm ki, neft sektoruna qoyulan investisiyalar digər sektorlara da investisiyaların cəlb edilməsinə çox müsbət xidmət göstərmişdir. Bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 97 milyard dollar sərmayə qoyulmuşdur ki, onların 42 milyardı neft-qaz sektoruna qoyulan sərmayədir və onların mütləq əksəriyyəti xarici sərmayədir".
SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev XVIII
Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi və konfransının
açılış mərasimində bildirib.
Dövlətimizin başçısı deyib ki, baxmayaraq Azərbaycan 1994-cü ildə çox riskli
bir dövlət kimi tanınırdı, böyük xarici neft şirkətlərinin ölkəmizə dəvət
edilməsi, onlar üçün şərait yaradılması, onların investisiyalarının qorunması
üçün lazımi tədbirlərin görülməsi, o cümlədən qanunvericilik sahəsində lazımi
addımların atılması sayəsində bu gün Azərbaycan öz enerji təhlükəsizliyini tam
şəkildə təmin edib və digər ölkələrin enerji təhlükəsizliyinin təmin
edilməsində öz rolunu artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB