Norveç Krallığının Vəliəhdi Bakıdadır

Norveç Krallığının Vəliəhdi Bakıdadır
Norveç Krallığının Vəliəhdi Əlahəzrət Hookon Azərbaycanda keçiriləcək ənənəvi Neft və Gaz sərgisində iştirak etmək üçün Norveç nümayəndə heyətinin başçısı kimi 6-7 iyun 2011-ci il tarixlərində Azərbaycana gəlir. SİA-nın xəbərinə görə, vəliəhdi bu səfərdə Norveçin Neft və Energetika naziri cənab Ola Borten Moe, xarici işlər nazirinin müavini cənab Eespen Barth Eide, eləcə də, bir sıra Hökumət və biznes nümayəndələri müşayət edəcək.

Səfər çərçivəsində vəliəhdin və nümayəndə heyətinin digər üzvlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Hökumətinin yüksək şəxsləri, biznez və vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqları nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə