Bugün hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometreologiya Departamentinin Hirometreoloji Proqnozlar bürosundan verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, səhər və axşam saatlarında bəzi yerlərdə yağış yağacaq.
Havanın temperaturu isə gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.
Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq.
Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 faiz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə