“Silk Way Helikopter” şirkəti neftçiləri helikopterlərlə təmin edəcək - YENİLİK

“Silk Way Helikopter” şirkəti neftçiləri helikopterlərlə təmin edəcək - YENİLİK

Azərbaycan milli aviasiyasının con illər rəqabət imkanları güclənməkdə davam edir. SİA-nın aldığı məlumata görə, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bu barədə açıqlamasında bildirib. Administrasiya rəhbəri qryd edib ki, "Silk Way Helikopter" şirkəti beynəlxalq auditləri uğurla keçərək, Avropa standartlarına uyğun xidmət göstərmək hüququ qazanıb və yaxın vaxtlarda Böyük Britaniyanın "bp" şirkəti ilə neftçilərə xidmət barədə birbaşa müqavilə bağlayacaq.

A.Məmmədov qeyd edib ki, dövlət proqramına uyğun olaraq özəl sektor demək olar ki, tam formalaşıb və aviasiyanın ayrılmaz hissəsi olan xidmət sahəsi bu sektora həvalə edilib. "Silk Way Texniks", "Sky Catering", "Silk Way Helikopter Service", "Silk Way Business Aviation" şirkətləri özəl sektor hesabına müasirləşdirilib, yeni texnika ilə təchiz edilib.
Sevindirici haldır ki, ötən ilin avqust ayında Milli Aviasiya Akademiyasının nəzdində "Aerobus", ATR, "Boeing", "İL-76" təyyarələrinin trenajor mərkəzinin tikintisi başa çatıb. Hazırda mərkəzin nəzdində helikopterlər üçün trenajorların qurulması planlaşdırılır. Əminik ki, bu yeni trenajor mərkəzi gənclərin pilot kimi hazırlanmasında müstəsna rol oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə