Türkiyədə müxalifyönlü Milliyyətçi Hərəkat Partiyasından (MHP) 11 nəfər həbs edilib. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, həbsə səbəb kimi partiya üzvlərinin iyunun 6-da MHP-nin seçkiqabağı kampaniyası zamanı planlaşdırılan provokasiya xarakterli hərəkətləri göstərilir.
Milliyyətçi Hərəkat Partiyası tərəfindən toqquşmaların baş verəcəyi kütləvi etiraz aksiyasının keçirilməsi barədə Türkiyə polisinə daxil olan telefon zəngindən sonra polis şübhəli bilinən müxalifət üzvlərinin saxlanılması üzrə əməliyyata başlayıb.
Qeyd edək ki, Türkiyədə parlament seçkiləri iyunun 12-nə təyin olunub. Ərdoğanın partiyası 2002-ci ilin noyabrından ölkədə hakimiyyətdədir. 2007-ci iyununda keçirilən sonuncu parlament seçkilərində o, seçicilərin 47 faizə yaxınının səsini toplayıb və təkpartiyalı hökuməti formalaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB