Elmar Məmmədyarov Hillari Klintonla görüşüb

Elmar Məmmədyarov Hillari Klintonla görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. SİA-nın ABŞ Dövlət Departamentinin internet saytına istinadən verdiyi xəbərə görə, görüşdə Hillari Klinton ABŞ və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyət daşıdığını və tərəflər arasında regional problemlər, eləcə də, qlobal məsələlərdə əməkdaşlığın mövcud olduğunu bildirib. Görüş zamanı dövlət katibi Klinton əmin edib ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ tərəflər arasında razılığa nail olmaq üçün yardımını davam etdirəcək: "Uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu vasitəsilə işləri davam etdirəcəyik".

ABŞ-Azərbaycan münasibətləri haqqında danışan Elmar Məmmədyarov isə öz növbəsində iki ölkə arasında inkişaf edən və güclənən dostluq əlaqələrin tempini yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərə görə Hillari Klintona təşəkkür edən E.Məmmədyarov bəyan edib ki, ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı nizamlanmayan münaqişənin beynəlxalq ictimaiyyətin diqqətindən saxlanılması baxımından əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə