Ərdoğan parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edəcək

Ərdoğan parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edəcək

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərini Azərbaycana edəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumat türk mətbuatında yer alıb. Diplomatik mənbələrə istinadən verilən xəbərə görə, baş nazirin Azərbaycana səfəri zamanı iki ölkə arasında enerji və viza rejimi ilə bağlı müqavilələrin imzalanması gözlənilir.

Mənbə bildirir ki, artıq tərəflər qazın qiyməti ilə bağlı razılaşma əldə ediblər. Qeyd edək ki, may ayının sonundan Azərbaycan və Türkiyə arasında ekspert qrupu tərəflər arasında imzalanması nəzərdə tutulan müqavilələrin hazırlanması üzərində işləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə