Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Ukraynanın paytaxtı Kiyev şəhərində "Uşaqlara qarşı zorakılıqla mübarizə: təcrid edilmiş fəaliyyətdən inteqrasiya olunmuş strategiyalara doğru" mövzusunda beynəlxalq konfransda iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, bu tədbir Ukraynanın Avropa Şurası Nazirlər Kabinetində Sədrliyi çərçivəsində Ukraynanın Dövlət Gənclər və İdman Xidməti, Avropa Şurası, UNİCEF və BMT-nin Baş Katibinin xüsusi nümayəndəsinin dəstəyilə təşkil edilib.
Konfransa Avropanın bir sıra ölkələrinin ombudsmanları, dövlət təmsilçiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, insan hüquqları, o cümlədən uşaq hüquqları üzrə tanınmış beynəlxalq ekspertlər, habelə Azərbaycan Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Şəbiyeva qatılıblar.
Bu mötəbər toplantının əsas məqsədi Mərkəzi və Şərqi Avropa ölkələrinin yaxşı təcrübələrindən bəhrələnməklə, uşaqların hüquqlarını təmin etmək və onlara qarşı zorakılığın aradan qaldırılması üçün kompleks milli strategiyaların təşviqindən ibarət olub. Burada Avropa Şurasının uşaqların zorakılıqdan müdafiə olunması üzrə inteqrasiya olunmuş milli strategiyalara dair Siyasi Qaydalar əsas götürülüb.
Konfrans iştirakçıları məruzələr edərək, öz ölkələrinin təcrübələri ilə bölüşmüş, fikir mübadiləsi və müzakirələr aparıblar.
Azərbaycan Ombudsman Aparatının əməkdaşı uşaq fahişəliyi və uşaq pornoqrafiyası ilə mübarizə mövzusuna həsr olunmuş işçi qrupunda iştirak ediblər.
Tədbirin sonunda uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün inteqrasiya olunmuş milli strategiyaların həyata keçirilməsi, bu məqsədlə sosial xidmətlərin yaradılması və regional və yerli səviyyədə əlaqələndirmə və əməkdaşlığın aparılması üzrə yekun tövsiyələr səsləndirilib.
İştirakçılara Azərbaycan Ombudsmanının Uşaq hüquqları üzrə ixtisaslaşmış məruzənin ingilis dilinə tərcümə edilmiş nüsxələri, təsisatda hazırlanmış plakatlar və hüquqi nəşrlər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB