Gələn ay Ermənistanın "Metsamor" Atom Elektrik Stansiyasında beynəlxalq ekspertlərin iştirakı ilə stress-testlər keçiriləcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Nüvə Təhlükəsizliyinin Tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsinin sədri Aşot Martirosyan bildirib. Onun sözlərinə görə, stress-test nəticəsində əldə edilmiş nəticələr cari ilin sonuna kimi Avropa İttifaqı ekspertlərinin müzakirəsinə veriləcək: "Eyni zamanda stress- testlərdə MAQATE ekspertləri də iştirak edəcəklər".
MAQATE nəzdindəki OSART ( Operational Safety Review Team) komissiyasının rəhbəri Qabor Vamoş isə deyib ki, Metsamor AES-də bir qədər öncə aparılan yoxlamanın yekun nəticələri üç aydan sonra açıqlanacaq: "Hazırda yalnız texniki qeydlər hazırdır. Lakin AES-in təhlükəsizliyinə dair yekun hesabat üzərində iş gedir və ümumi rəy avqust-sentyabr aylarında elan olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB