Minsk qrupunun həmsədrləri regiona iyunun ikinci dekadasında gələcəklər
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradke (ABŞ) və Bernar Fasyenin (Fransa) münaqişə bölgəsinə növbəti səfəri iyunun ikinci ongünlüyünə planlaşdırılıb. SİA xəbəri diplomatik mənbələrə istinadən yayıb.
Xatırladaq ki, bu ayın 26-da Kazan şəhərində üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın prezidentləri bir araya gələcəklər. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu, cəbhə bölgəsində vəziyyət, həmsədr ölkələrin Dovil bəyanatı müzakirə mövzusu olacaq. Qeyd edək ki, bu görüşdən nəinki münaqişə tərəfləri, hətta region ölkələri də məhsuldarlıq gözləyir. Hətta erməni politoloqlar Kazan sammitindən sonra Ermənistanın müqəddaratının necə olacağını düşünürlər. Artıq bıçağın sümüyə dirəndiyini hər kəs bilir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB