Latviyanın yeni prezidenti seçilib. SİA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, Andris Berzinış Latviya Seymi (parlamenti) tərəfindən ölkənin yeni prezidenti seçilib.
Prezident postu uğrunda hazırkı dövlət başçısı Valdis Zatlers və Latviya Ticarət-Sənaye Palatasının sabiq rəhbəri Andris Berzinış mübarizə aparıb. Prezidenti parlamentin seçdiyi Latviyada ilk turda qələbə qazanmaq üçün 100 deputatdan ən azı 51-nin səsi tələb olunur. A.Berzinış 53 deputatın səsini qazanmağa müvəffəq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB