David Şahnazaryan: \"Artıq tərəflərin danışıqların uzadılmasına heç bir imkanı qalmayacaq\"

David Şahnazaryan: \"Artıq tərəflərin danışıqların uzadılmasına heç bir imkanı qalmayacaq\"

ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair Dovil bəyanatı digər əvvəlki analoji bəyanatlardan keyfiyyətcə fərqlənir. SİA-nın erməni mətbuata istinadən verdiyi xəbərə görə, bunu Erməni Milli Konqresinin üzvü David Şahnazaryan deyib. Onun sözlərinə görə, bu bəyanatla Ermənistan və Azərbaycana ciddi tələblər irəli sürülüb: "Sözügedən sənəddən məlum olur ki, artıq tərəflərin danışıqların uzadılmasına heç bir imkanı qalmayacaq. Prezidentlərin Kazan görüşündə alınmasa belə, artıq növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair əsas prinsiplərin əks olunduğu sənəd imzalanacaq. Bundan sonra razılaşma ilə bağlı iş başlanıla bilər"

Şahnazaryanın sözlərinə görə,. Dovil bəyanatı ilə həmsədr ölkələrin dövlət başçıları bir növ artıq vaxtın bitmək üzrə olduğunu izah etməyə çalışıblar: "Bundan başqa, bu bəyanatın digər xüsusiyyəti ondan ibarətdir ki, burada hansısa Madrid prinsiplərinə deyil, konkret olaraq Soçi görüşündə əldə olunan sənədə istinad edilib", - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə