Azərbaycanın Respublika Günü Argentina mətbuatında geniş işıqlandırılıb
Azərbaycanın Respublika Günü - 28 May Argentinanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Bu münasibətlə Argentina mətbuatında çoxsaylı məlumatlar verilib, video və audio reportajlar yayımlanıb. Azərbaycanın Argentinadakı səfirliyindən SİA-ya daxil olan məlumata əsasən, ilk olaraq 26 may tarixində "La Prensa" qəzetində səfirlik tərəfindən təşkil ediləcək Respublika Günü barədə məlumat, habelə Azərbaycanın müstəqillik tarixi, ölkəmizin hazırkı həqiqətləri və Argentina ilə inkişaf etməkdə olan əlaqələr barədə məlumat dərc olunub.
Həmin tarixdə "AMBA" informasiya agentliyi tərəfindən "İlk dəfə olaraq Azərbaycanın Argentinadakı Səfirliyi Respublika Gününü qeyd edir" (Por primera vez en Argentina La Embajada de Azerbaiyán celebra su Día de la Republica) adlı məlumat yayımlanıb (http://www.agenciaamba.com/noticia.php?noticia=720).
27 may tarixində Argentina Respublikası Konqresinin mətbuat orqanı olan "Noticias Congreso Nacional"da "Azərbaycan Argentina ilə əlaqələrini möhkəmləndirir" (Azerbaiyán fortalece sus lazos con Argentina) adlı məlumat dərc olunub. (http://www.ncn.com.ar/notas/11213-azerbaiyan-fortalece-sus-lazos-con-argentina.html).
Habelə, həmin tarixdə "AMBA" informasiya agentliyi tərəfindən yeni "Argentina ilə Azərbaycan arasında ticarət və mədəniyyət sahəsində əlaqələr güclənir". (Crecen las relaciones comerciales y culturales entre Argentina y Azerbaiyán) adlı məlumat dərc olunub (http://www.agenciaamba.com/noticia.php?noticia=721).
Həmçinin, 31 may tarixində ölkənin aparıcı KİV-lərindən olan "Noticias Urbanas" informasiya agentliyi "Azərbaycan Argentina ilə öz əlaqələrini və ticarəti gücləndirir" (Azerbaiyán fortalece sus lazos y comercio con Argentina) adlı məlumat yayımlanıb. (http://www.noticiasurbanas.com.ar/info_item.shtml?sh_itm=c1ed9dc5f1fa691b8f5011ab9e062369).
Məlumatlarda Azərbaycanın ilk dəfə olaraq Respublika Gününü Argentinada qeyd etməsi, bu günün tarixi əhəmiyyəti, bu il həmin tarixin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi bildirilib. Məlumatlarda səfir M.Əhmədzadəyə istinadən qeyd olunub ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə bir sıra problemlər, xüsusilə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə baxmayaraq, 1993-cü ildən başlayaraq Azərbaycan öz suverenliyini və müstəqilliyini gücləndirmək istiqamətində uğurlar əldə edib, ölkə iqtisadiyyatı yüksək inkişaf səviyyəsi nümayiş etdirib, sosial-iqtisadi çiçəklənmə və rifah təmin edilib və Azərbaycan regional liderliyə yüksəlib.
Habelə vurğulanıb ki, böyük karbohidrogen layihələrinin həyata keçirildiyi Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80%, maliyyə resurslarının isə 95%-nə malik olaraq regionun önəmli infrastruktur mərkəzinə çevrilib.
Məlumatlarda habelə, Azərbaycanın fəal xarici siyasət həyata keçirməsi, Cənubi Amerikanın bu ölkənin xarici siyasətində yeni istiqamət olması, bu məqsədlə regionda ilk diplomatik missiya kimi Argentinada səfirliyin təsis olunması və bundan sonra Azərbaycan-Argentina əməkdaşlığının canlanması, bu müddət ərzində bir sıra səfərlərin həyata keçirilməsi və ticarət dövriyyəsinin 50% artması haqqında məlumat verilir. Həmçinin, Azərbaycanın zəngin mədəni irsinin olması da bildirilərək ölkəmizin "Eurovision 2011" mahnı müsabiqəsində qələbə çalması və gələn il bu nüfuzlu musiqi festivalının Azərbaycanda keçiriləcəyi də vurğulanır.
Eyni zamanda, Argentinanın "Videopuerto" və "Cientonueve" internet informasiya portallarında 26 may tarixində Buenos-Ayresin "Four Season" mehmanxanasında Səfirlik tərəfindən təşkil olunmuş Respublika Günü ilə bağlı rəsmi qəbuldan video reportajlar da yerləşdirilib:
(http://www.videopuerto.com/player.asp?prog=MO&id_nota=4342 ,
http://www.cientonueve.com/15-especial/70-azerbaiyan-y-argentina-aumentan-lazos-comerciales-entre-ambos-paises.html)
Bununla yanaşı, Argentinada radio kanalların populyarlığını nəzərə alaraq Radio Cultura FM 97.9, Radio Splendid AM 909, Radio Argentina AM 570, Radio Concepto AM 1050, Radio El Mundo AM1070, Eadio İdentidad FM 92,7 MHZ radio kanallarında da Azərbaycanın Respublika Günü barədə reportajlar, habelə qəbul vaxtı M.Əhmədzadədən götürülmüş müsahibələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB