Gənclər və İdman Nazirliyinin maliyyə dəstiyi ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi natiqlik bacarıqlarını artırmaq arzusunda olan gənclər üçün 8 avqust tarixindən başlayaraq "Yay Gənclər Natiqlik Akademiyası" adlı layihəyə start verəcək.
SİA-nın xəbərinə görə, layihə İsmayıllı rayonunun "Talıstan" kəndində yerləşən "Şahbulaq" istirahət mərkəzində keçiriləcəkdir.
13 avqust tarixinədək davam edəcək layihə çərçivəsində iştirakçılar üçün "Natiqlik sənəti", "Məntiqi oyunlar" və "Natiqlik təcrübəsi" üzrə təlim məşğələləri keçiriləcəkdir.
İştirak etmək arzusunda olan gənclərin diqqətinə çatdıraq ki, son qeydiyyat tarixi 15 iyun 2011-ci ilə qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB