"Humanitar layihələr strateji tərəfdaşlığın mühüm istiqamətinə çevrilib" - POLİTOLOQ
"Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Qırğızıstanın Çolpon-Ata şəhərində yerləşən "Altın-Balalık" Sağlamlıq və Reabilitasiya Mərkəzinə səfəri iki qardaş ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil həm də humanitar müstəvidə inkişaf etdiyini göstərən mühüm hadisələrdən biridir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.
.jpg)
Turan Rzayev sözlərinə belə davam edib:
"Səfərin diqqətçəkən məqamlarından biri Mehriban Əliyevanın Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyayeva ilə birlikdə mərkəzin fəaliyyəti ilə tanış olması idi. Bu format türk dövlətləri arasında humanitar həmrəyliyin, sosial layihələr sahəsində təcrübə mübadiləsinin və birgə əməkdaşlığın genişləndiyini açıq şəkildə nümayiş etdirir.
Son illər Azərbaycan və Qırğızıstan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev və Prezident Sadır Japarov arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq ikitərəfli əlaqələrin bütün istiqamətlər üzrə inkişafına təkan verib. İki ölkə arasında ticarət, nəqliyyat, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq genişlənməklə yanaşı, sosial və humanitar layihələr də münasibətlərin mühüm tərkib hissəsinə çevrilib.
Bu baxımdan birinci xanımların uşaq sağlamlığı və reabilitasiyası sahəsində fəaliyyət göstərən müəssisəyə birgə səfəri xüsusi simvolik məna daşıyır. Bu, gələcək nəsillərin sağlam inkişafına verilən önəmi, sosial müdafiə və inklüziv siyasətin türk dövlətləri arasında ortaq prioritetlərdən biri olduğunu nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyevanın uzun illərdir həyata keçirdiyi humanitar layihələr, xüsusilə uşaqların sağlamlığı, təhsili və sosial müdafiəsinə yönələn təşəbbüslər beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Çolpon-Atadakı səfəri də bu fəaliyyətin regional əməkdaşlıq müstəvisində davamı kimi qiymətləndirilə bilər.
Azərbaycan və Qırğızıstanı ortaq tarix, dil, mədəniyyət və Türk dünyasına mənsubiyyət birləşdirir. Son illərdə bu ortaq dəyərlər siyasi iradə ilə daha da möhkəmləndirilərək konkret layihələr və qarşılıqlı təşəbbüslərlə zənginləşdirilir. Humanitar sahədə əməkdaşlığın genişlənməsi isə iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB