"Azərbaycan–Qırğızıstan münasibətləri yeni bir mərhələyə daxil olur" - MİLLƏT VƏKİLİ

"Azərbaycan–Qırğızıstan münasibətləri yeni bir mərhələyə daxil olur" - MİLLƏT VƏKİLİ

"Bu gün deyə bilərik ki, Azərbaycan–Qırğızıstan münasibətləri yeni bir mərhələyə daxil olur. Yəni bu gün cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv dövlətlərlə əlaqələrini daha da möhkəmləndirir və inkişaf etdirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, biz davamlı olaraq cənab Prezidentin Orta Asiya türk respublikalarına səfərlərini görürük, qarşılıqlı görüşlər keçirilir: "Eyni zamanda, Orta Asiya prezidentləri tərəfindən Azərbaycana səfərlər həyata keçirilir. Cənab Prezidentin bu dəfəki səfəri də bizim üçün böyük əhəmiyyət daşıyır. Əlaqələrimiz daha da möhkəmlənir, daha da inkişaf edir və bu münasibətlərin güclənməsi ciddi şəkildə özünü göstərməkdədir.

Eyni zamanda, bu səfər çərçivəsində imzalanan sənədlər əlaqələrimizin daha da inkişafına mühüm töhfə verir.

Hazırkı dövrdə bu əlaqələrin inkişafı həm bizim üçün, həm də Qırğızıstan üçün çox önəmlidir. Çünki tarixdə heç vaxt olmadığı qədər qarşımızda böyük imkan və fürsətlər var. Bu fürsət və imkanlardan düzgün istifadə olunmalı, onlar inkişaf etdirilməlidir. İqtisadi, siyasi və mədəni əlaqələr daha da gücləndirilməlidir."

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə