Azərbaycan XİN BƏƏ-nin Dəməşqdəki səfirliyinə hücumu pisləyib

Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.

SİA xəbər verir ki, XİN bu barədə "X" hesabında yazıb.

"Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır", - məlumatda bildirilir.

Azərbaycan XİN qeyd edib ki, Suriya hökuməti tərəfindən verilən bəyanatı və təqsirkarların qanuna uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı öhdəliyini alqışlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə