"Bu səfər bölgəmizin siyasi və iqtisadi sahələrdəki gələcək inkişafına vacib töhvələr verəcək" - ŞƏRH
"Cənab Prezident İlham Əliyevin Gürcüstan səfəri iki qardaş, dost ölkə olan Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əhəmiyyətini daha da ön plana çıxardacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu səfər təkcə diplomatik protokol çərçivəsində qiymətləndirilməməli, əksinə, regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda tərəfdaşlığın və strateji əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilməlidir:
"Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun illərdir qarşılıqlı etimad, strateji əməkdaşlıq və ortaq maraqlar üzərində qurulub. Xüsusilə, enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələr, regionun iqtisadi xəritəsini dəyişən təşəbbüslər bu əlaqələrin praktik nəticəsidir. Bakı-Tiflis-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr yalnız iki ölkə üçün deyil, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm rol oynayır. Bu səfər çərçivəsində müzakirə olunan məsələlər əlaqələrin daha geniş spektrdə inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi, Orta Dəhlizin funksionallığının artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi əsas prioritetlər sırasındadır. Bu baxımdan Gürcüstan Azərbaycanın Qərbə açılan əsas qapısı rolunu oynayırsa, Azərbaycan da Gürcüstan üçün etibarlı enerji təminatçısı və regionda sabitliyin əsas dayaqlarından biridir.
Eyni zamanda, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması regionda sabitliyin qorunmasına xidmət edir. Cənubi Qafqaz kimi həssas bir bölgədə Bakı-Tiflis xəttinin güclü olması yalnız ikitərəfli münasibətləri deyil, ümumilikdə regional təhlükəsizlik arxitekturasını da möhkəmləndirir. Nəticə etibarilə, İlham Əliyevin Gürcüstana səfəri Azərbaycan-Gürcüstan dostluğunun və strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və regionda sabitliyin gücləndirilməsinə mühüm töhfə verən siyasi hadisədir. Bu münasibətlər gələcəkdə də artan dinamika ilə inkişaf edərək həm iki ölkənin, həm də bütövlükdə Cənubi Qafqazın rifahına xidmət edəcək. Dünyada baş verən mühüm siyasi- iqtisadi kataklizmlər fonunda cənubi qafqazda sabitliyi və stabilliyi qorumaq və inkişaf etdirməyin nə qədər önəmli olduğu qabarıq üzə çıxır və cənab Prezident İlham Əliyevin bu səfəri həm də bölgəmizin siyasi iqtisadi və digər sahələrdəki gələcək inkişafına da vacib töhvələr verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB