İran XİN bəyanat yaydı

ABŞ və İsrail İrana qarşı açıq təcəvüz həyata keçiriməyə başlayıb. İranın bu təcavüzə cavab vermək hüququ var və İranın sülahlı qüvvələri təcavüzün qarşısınə almaq üçün güc və resurslara malikdir.

SİA xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Bəyanatda vurğulanır ki, ABŞ və İsrail bu gün İranın hərbi və mülki infrastrukturunu bambardman etməyə başlayıb: “İran xalqı silahlı qüvvələrlə birlikdə bu təcəvüzü dəf edərək suverenliyini qoruyacaq. Biz danışıqlara hazır olduğumuz kimi hərbi təcavüzə də hazırıq. Müxtəlif bəhanələrlə İrana qarşı hərbi təcavüz cavabsız qalmayacaq. Biz ərazi bütövlüyüumüzü və suverenlyimizi bütün qüvvələrimizi səfərbər edərək qoruyacağıq”.

O da qeyd edilib ki, BMT və digər beynəlxalq təşkilatlar beynəlxalq qanunları rəhbər tutaraq bu təcəvüzə qarşı çıxmalı, onu pisləməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvləri öz vəzifələrini yerinə yetirməli və təcavüzün dayandırılması üçün addımlar atmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə