Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.
SİA xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə bildirib.
Onun sözlərinə görə, artıq 10-dan çox dövlət başçısı bu tədbirdə iştirakını təsdiqləyib.
C.İsmayılzadə xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB