Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və Böyük Əmman Bələdiyyəsinin meri Yusif əş-Şavarba görüş zamanı şəhər idarəçiliyi və şəhərsalma sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Görüş zamanı tərəflər Azərbaycanla İordaniya arasında şəhərsalma və şəhər idarəçiliyi sahəsində əməkdaşlıq perspektivlərini, eləcə də birgə layihələrin icrasını müzakirə ediblər", - məlumatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB