"Azərbaycanın Şahdağda dünya çempionatı və digər beynəlxalq idman tədbirlərini keçirməsi ölkəmiz üçün beynəlxalq arenada nüfuzun və tanınmanın artırılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, xarici qonaqların media nümayəndələrinin və rəsmi şəxslərin ölkəmizə səfəri Azərbaycanın mədəniyyətini, siyasətini və yanaşmalarını tanıtmaq üçün əvəzsiz imkan yaradır: "Ölkəmizdə qurulan müasir idman infrastrukturu və yüksək təşkilatçılıq qabiliyyəti uzun illər ərzində formalaşıb. Hər il keçirilən beynəlxalq tədbirlər, idman çempionatları, Azərbaycanın ev sahibliyinə dair xəbərlərin xarici mediada işıqlandırılmasına, ölkəmizin beynəlxalq tanınmasına və imicinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, idman tədbirləri turizm sektoruna da müsbət təsir göstərir. İştirakçıların hotellərdə qalması, restoran və nəqliyyat xidmətlərindən istifadə etməsi yerli iqtisadiyyata əlavə gəlir gətirir. Şahdağ kimi tanınmış kurort bölgələrinə maraq artır və bu, ölkəmizin idman və turizm brendi kimi tanınmasına töhfə verir.
Bu, həmçinin Azərbaycan regionda, xüsusilə Qafqazda, idman sahəsində də nüfuzunu gücləndirir. İdman diplomatiyası sayəsində ölkəmiz regional əməkdaşlıq və əlaqələrini genişləndirir, digər sahələrdəki diplomatik imkanlarını möhkəmləndirir. Beynəlxalq idman tədbirləri ölkəmizin yumşaq gücünü artırır, turizmi və iqtisadiyyatını canlandırır, ölkəni regional idman mərkəzinə çevirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB