Azərbaycanın Keniyadakı səfirinin “Spice FM” radio kanalına müsahibə verib

Səfir Sultan Hacıyev Keniyanın tanınmış “Spice FM” radio kanalının “Kenya'sBiggest Conversation” adlı canlı yayımlanan verilişinin qonağı olub. Kanalın “YouTube” hesabında 200 mindən çox izləyicisivardır. Verilişə əsasən ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, səfirlər dəvət olunur və ictimai-siyasi mövzular ətrafında müzakirələr aparılır. SİA Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinə istinadən xəbər verir ki, aparıcının suallarına cavab olaraq səfir Sultan Hacıyev ötən həftə Keniyada baş tutan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının nəticələri, Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrliyi çərçivəsində görülən işlər barədə danışıb. Səfir dünyada cərəyan edən mürəkkəb proseslər fonunda BMT-nin Nayrobidəki bölməsinin və üzv ölkələrin, o cümlədən Azərbaycanın qlobal iqlim fəaliyyətinə müsbət və konstruktiv töhfə vermək səylərini qeyd edib. BMT sisteminin qarşılaşdığı çətinliklərin önlənməsində islahatlar aparılmasının zəruriliyiniönə çıxarıb. O, Azərbaycanın COP29-a ev sahibliyi, qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın gələn il WUF13-ə və WED2026-a ev sahibliyi etməsi ilə ölkəmizin dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyətini vurğulayıb.

Səfir Azərbaycan və Keniya arasında mövcud səmimi münasibətlərin dinamik inkişafından, çoxtərəfli platformalarda həmrəyliyindən söhbət açıb. Hər iki ölkənin yerləşdiyi bölgələrdə sülh və inkişaf naminə regional fəaliyyətini diqqətə çatdırıb.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və AzərbaycanınBeynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə