"Şimal–Cənub dəhlizi nə vaxtsa işə düşərsə, bu layihədən başlıca qazananlar arasında Hindistan, Rusiya, Azərbaycan və İran göstərilə bilər. Amma layihənin reallaşması nə qədər realdır? Bu, açıq sual olaraq qalır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bir sıra ciddi əngəllər var: "İlk növbədə, İrana qarşı Avropa ölkələrinin tətbiq etdiyi sanksiyalar və Rusiyanın da Ukrayna müharibəsindən sonra sanksiyalar siyahısına əlavə olunması layihənin əsas hədəfi olan Avropa bazarlarına çıxışı sual altına alır. Çünki bu marşrut Hindistandan başlayaraq İrana, oradan Azərbaycan və Mərkəzi Asiya ölkələri üzərindən Rusiyaya, daha sonra isə Avropaya uzanır. Lakin sanksiyalar nəticəsində Avropa ilə inteqrasiya çətinləşib.
Digər bir problem isə İranda infrastrukturun kifayət qədər inkişaf etməməsidir. Sabah münasibətlər düzəlsə və sanksiyalar aradan qalxsa belə, İran daxilində lazım olan logistika və nəqliyyat infrastrukturunun olmaması layihənin effektivliyini şübhə altına alır.
Maliyyə də böyük problemdir. İqtisadi çətinliklər içində olan İran bu layihəni təkbaşına həyata keçirmək iqtidarında deyil. Hətta Hindistan və Rusiya maliyyə dəstəyi versələr belə, geosiyasi vəziyyət, xüsusilə İran–Avropa və Rusiya–Avropa münasibətlərindəki dərin uçurumlar layihəni istənilən qədər səmərəli etməyə bilər.
Belə şəraitdə layihənin əsas hədəfdən yayınaraq yalnız Hindistan, İran, Azərbaycan, Mərkəzi Asiya və Rusiya arasında regional bir tranzit marşruta çevrilməsi daha real görünür. Bu halda isə ən çox qazanan Hindistan olacaq – həm bazarlarını genişləndirəcək, həm də idxalını daha qısa və ucuz yollarla həyata keçirəcək.
Azərbaycan da əsas qazananlardan biri ola bilər. Ölkəmiz böyük bazarlara çıxışı asanlaşdırmaqla yanaşı, həm də Çin yönümlü “Bir kəmər, bir yol” layihəsinə alternativ olaraq Şimal–Cənub marşrutu vasitəsilə iqtisadi imkanlarını şaxələndirə və tərəfdaşlıq əlaqələrini genişləndirə bilər. Rusiya və İran isə bu marşrut vasitəsilə sanksiyalar şəraitində xarici bazarlara daha ucuz və asan çıxış imkanı qazanacaqlar ki, bu da onlara müəyyən iqtisadi üstünlüklər gətirə bilər.
Yekun olaraq, layihənin siyasi və texniki çətinliklər səbəbindən yaxın müddətdə tam reallaşması çətin görünür, amma bölgə ölkələri üçün müəyyən imkanlar vəd edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB