"Ramiz Mehdiyev məsələsi və eyni zamanda Əli Kərimli məsələsinin gəlib bir nöqtədə birləşməsi, əlbəttə ki, siyasəti dərindən bilənlər üçün təəccüblü deyil. Amma cəmiyyətin böyük bir hissəsi hələ də bu məsələyə bir qədər şübhə ilə yanaşır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
_(1).jpg)
Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu da ondan irəli gəlir ki, Ramiz Mehdiyev uzun illər hakimiyyət komandasının zirvəsində olub, Əli Kərimli isə uzun illər radikal, barışmaz müxalifətçi kimi tanınıb. Yəni faktiki olaraq bunlar iki ayrı cəbhənin təmsilçiləri kimi görünüblər.
Ancaq indi məlum olur ki, onlar sadəcə görüntü baxımından fərqli cəbhələrdə olublar. Əslində isə hər ikisi eyni məqsədə xidmət edən şəxslər olub. Hər ikisinin də Moskva ilə əlaqələrinin olması artıq açıq-aşkar üzə çıxır. Belə bir vəziyyət mövcuddur. Təbii ki, biz indidən irəli gedib hər şeyi tam söyləyə bilmərik. Hər iki şəxs istintaq altındadır, araşdırmalar aparılır, faktlar dəqiqləşdiriləcək. Artıq məsələ məhkəməyə təqdim olunduqda biz konkret olaraq onların hansı əməllər üzrə məsuliyyətə cəlb olunduqlarını öyrənəcəyik.
Amma şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, bu iki şəxsin yollarının kəsişməsi və hər ikisinin Moskva ilə əlaqələrinin olması barədə deyilənlər heç də əsassız deyil. Əli Kərimli siyasətdə elə bir fiqurdur ki, şəxsi məqsədlərinə çatmaq üçün şeytanla belə əməkdaşlıqdan çəkinməz. Eyni qaydada, Ramiz Mehdiyev də şəxsi maraqları naminə hər cür əməkdaşlığa gedəcək bir adamdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB