İsrail səfiri Azərbaycan Dillər Universitetini ziyarət edib

İsrailin Bakıdakı səfiri Ronen Kraus və onun müavini Aviv Zell Azərbaycan Dillər Universitetini ziyarət edib, ali məktəbin rəhbərliyi ilə akademik əməkdaşlıq və birgə təşəbbüslərə dair məsələləri müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Müzakirələr zamanı səfirin və müavininin də ziyarət etmək imkanı əldə etdiyi universitet və İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin fəaliyyətinə toxunulub. Görüşdə akademik sahədə dialoqun, biliklərin və tərəfdaşlığın təşviqinə dair ortaq öhdəlik öz əksini tapıb", - paylaşımda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə