Azərbaycanla razılaşma İranla dəmir yolu əlaqəsini açacaq - PAŞİNYAN

Azərbaycanla razılaşma Ermənistanla İran arasında dəmir yolu əlaqəsini açacaq. SİA xəbər verir ki, bunu Emənistanın Baş naziri Nikol Paşinyan bu gün İrəvanda İran Prezidenti Məsud Pezeşkianla birgə keçirdiyi brifinqdə deyib.

Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla əsas razılaşmalarından biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır.

“Bununla, Ermənistan və İran arasında yeni dəmir yolu əlaqəsi yaranacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə...

Bu isə İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək", - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə