"Azərbaycanla dostluq əlaqələrimizi qoruyub saxlamışam" - Bolqarıstanlı siyasətçi

"20 ildir ki, Azərbaycana gedib-gəlirəm. İlk dəfədir ki, Qarabağa, Şuşaya gəlirik. Təbii ki, bu konfransın imzalarla müşayiət olunmaması və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilməsi çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında Bolqarıstanlı siyasətçi Rəmzi Durmuş Osman deyib.

Onun sözlərinə görə, Bolqarıstan siyasətçisi kimi, Bolqarıstanda yaşayan bir türk olaraq, Azərbaycanın dostu kimi uzun illərdir Azərbaycanla dostluq əlaqələrimizi qoruyub saxlamışam. Bolqarıstan parlamentində Qurban bəyin rəhbərliyi altında fəaliyyət göstərmişəm. Son 25 ildə çox yaxşı əməkdaşlığımız olub: "Amma bu görüşün Qarabağda, məhz Şuşada keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, Şuşadayam. Şuşanın tarixi bizim üçün məlumdur. Bolqarıstanı da yaxşı tanıyırıq. Bu gün səhər keçirilən panellərdə Yeni Azərbaycan Partiyasının nümayəndələrinin və digər çıxış edən dostlarımızın nitqlərindən eşitdim ki, artıq 1500 nəfər Şuşaya geri qayıdıb. Bu, çox sevindirici haldır. Dövlətin təşviqi və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə insanlar Şuşaya – ata yurdlarına, baba torpaqlarına geri dönürlər.

Xüsusilə də gəncləri və gənc ailələri təşviq etmək çox önəmlidir. Danışıqlarımızda, görüşlərimizdə eşitdim ki, Azərbaycan dövləti bu prosesi dəstəkləyir. Biz də Bolqarıstana qayıtdıqdan sonra Şuşa haqqında danışacağıq. İndiyədək danışmışıq, amma bu toplantıdan sonra daha çox – yeni, dəyişən Şuşadan danışacağıq. Bu dəyişən Şuşada çox mübariz qardaşlarımızı gördük".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə