"XII Qlobal Bakı Forumu bir çox özəllikəri özündə ehtiva edib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"2013-ci ildən başlayaraq sayca XII olan Qlobal Bakı Forumu ölkəmizdə möhtəbər tədbirlərdən biridir və ölkəmizdə hər il keçirilir. Bu Forumun özəlliyi ondan ibarətdir ki, Azərbaycanın həm yerləşdiyi region, həm də bugünkü siyasi baxış bucağı, həm də bu Qlobal Forumun təşkili mahiyyət etibarı ilə yeni bir reallıq yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, biz bugünə qədər öyrəşmişik və görmüşük ki, belə qlobal forumlar yalnız Avropa ölkələrində keçirilsin. Buna misal olaraq qeyd etmək olar ki, Münhen Təhlükəsizlik Konfransı var, Davos və başqa konfransları qeyd etmək olar: "Amma Bakı Qlobal Forumu beynəlxalq siyasətə yeni bir nəfəs gətirib. Bunun özəlliyi də ondan ibarətdir ki, burada artıq bir növ təşkilatçı ölkə digər ölkələrdən fərqli olaraq yalnız öz maraqlarını diqtə edəcək deyə bir fikirlər söylüyürlər. Bu da bir yeni ideyaların ortaya atılması deməkdir. İştirakçı dövlətlərlə qəbul eliyən əsas dövlət arasında bir siyasi bağlar formalaşır. Burada siyasi, iqtisadi, təhlükəsizlik, yəni bir neçə istiqamət üzərində bir çox məsələlər müzakirə olunur və bunların hər biri qlobal çapda müzakirə predmeti olan mövzulardır. Yəni sırf kiçik bir məsələ ilə bağlı müzakirələr getmir. Xüsusən də, son dövrlərdə qlobal miqyasda artan təhdidlər, yeni dünya nizamı üzərində yaranmış mövcud vəziyyət, yəni dünyanın yenidən bölüşdürülməsi istiqamətində beynəlxalq güclərin hansı maraqları var və onun müzakirəsi edilir. Yəni XII Qlobal Bakı Forumu bir çox özəllikləri özündə ehtiva edib. Ən əsas tərəfdə odur ki, bu forumun təşkilatçısı olan Azərbaycan dövləti digər forumlardan və beynəlxalq tədbirlərdən fərqli olaraq burada iştirakçılara azad şəkildə fikrlərini ifadə etmək və yeni fikir istehsal etmək imkanını yaradır. Yeni təşəbbüslərin yaranmasına dəstək verir. Bunların hamısı XII Bakı Qlobal Forumunun özəlliyidir. Burada Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi nitq bizə onu deməyə əsas verir ki, XII Qlobal Bakı Forumu mahiyyət etibarı ilə ən çox son dövrlərdə ən aktual məsələlərin üzərinə fokuslanıb. Təbii ki, qlobal müstəvidə təhlükəsizliyin qorunmasını əsas proritet amillər sırasında sayılır. Bu baxımdan düşünürəm ki, XII Bakı Qlobal Bakı Forumu digər forumlardan xüsusi ilə qeyd etdiyim məsələlərə görə seçilir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə