"Heydər Əliyev Fondu öz əməlləri ilə bütün dünyaya isbat etdi" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
"Heydər Əliyev Fondu məlum olduğu kimi yarandığı gündən etibarən öz fəaliyyətini həm ölkədə, həm də dünyada Azərbaycan xalqının ümummilli lideri, böyük oğlu Heydər Əliyevin ölməz irsinin yaşadılması və tanıdılması, eyni zamanda bu irsə layiq dünayda və ölkədə layihələrin həyata keçirilməsi istiqamətində çox böyük işlər görüb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Onun sözlərinə görə,yarandığı gündən bəri keçən illər ərzində Heydər Əliyev Fondu humanizmin, insanpərvərliyin, mərhəmətin bir ocaqına, bir simvoluna çevrilib: "Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bir başa rəhbərliyi ilə, eyni zamanda himayəsi və dəstəyi ilə bu günə qədər minlərlə əhəmiyyətli layihələr həyata keçirilib. Bu layihələrin hər birinin arxasında insan amili dayanır. Xüsusi ilə də, yardıma ehtiyacı olan, qorunmağa ehtiyacı olan təbəqələrə dövlət tərəfindən göstərilən diqqət və qayğı dayanır. Əlbəttə ki, Heydər Əliyev Fondunun fəaliyyəti sadəcə humanitar yardımlardan ibarət deyil. Heydər Əliyev Fondu biraz əvvəldə bildirdiyimi kimi Heydər Əliyevin irsinin yaşadılması, tanıdılması və qorunması, eyni zamanda Azərbaycan xalqının qədim tarixinin, onun mədəniyyətinin, incəsənətinin, sənətinin, idmanının yaşadılması və yaşaması və daha da, inkişaf etdirilməsi, dünya arenasına çıxarılması istiqamətində əvəzsiz işlər görüb. Fondun eyni zamanda təhsil, səhiyyə sahəsində atdığı addımlar hər bir Azərbaycan vətəndaşının xüsusilədə uşaqlarımızın sağlamlığının qorunması, təhsilin inkişaf etdirilməsi, gələcəyimiz olan uşaqlarımızın, yeniyetmələrimizin yüksək səviyyəli təmir edilmiş, hər bir standartlara cavab verən məktəblərdə oxuması üçün görülən işlər əvəzsizdir. Hər birimiz bilirik ki, yeniləşən Azərbaycanda, yeni məktəblər layihəsi böyük bir uğurla ölkəmizdə bundan çox-çox illər əvvəl start götürdü. Bu gün Azərbaycanın dmeək olar ki, bütün ərazisi üzrə, bütün məktəblərimiz əsaslı təmir və bərpa edilib, yeni məktəblər inşa olunub. Bu məktəblərdə həm gələcəyimiz təhsil alır və böyüyür, həm də müəllimlərimiz öz bilik və bacarıqlarını, savadlarını bizim gənclərimizə çatdırırlar. Qan xəstəliyindən əziyyət çəkən uşaqlarımızın, onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarımızın müalicəsi üçün yaradılan şərait, onlara göstərilən diqqət, bunun üçün xüsusi səhiyyə ocaqının, xəstəxanın inşa edilməsi hər il minlərlə xəstəliyə düçar olmuş vətəndaşın Heydər Əliyev Fondunun həm maddi, həm də mənəvi dəstəyi ilə həm ölkə daxilində, həm də ölkə xaricində müalicəyə və əməliyyata göndərilməsi əlbəttə ki, həm uğur, həm də mərhəmət siyahısını getdikcə daha da zənginləşdirir. Ölkə üzrə intenat məktəblərində, internat baxçalarında təhsil alan, ata-ana qayğısından məhrum olmuş uşaqlarımızın ana nəvazişi ilə Mehriban xanım tərəfindən əhatə edilməsi yüksək qiymətləndirilməldir və qiymətləndirilir. İnternat məktəblərini bitirən gənclərimizin yenə də dövlət tərəfində himayə edilməsi üçün onlara xüsusi evlərin inşa edilməsi, mənzillə təmin olunması istiqamətində məhz Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə tikilən evləridə mütləq biz burada qeyd etməliyik. Muğamımızın qədim musiqimizin, qədim sənətimizin məhz Azərbaycana aid olduğunu bütün dünyaya elan etmək, bildirmək və bütün dünya ilə nadir incini tanış etmək istiqamətində görülən işlər, YUNESKO-nun nadir incilər siyahısına muğamımızın, milli alətlərimziin salınması, xalçamızın salınması əlbəttə ki, bütün bunlarda Heydər Əliyev Fondunun nailiyyətlər siyahısına salınmalıdır. Sadəcə ölkədə deyil, ölkə xaricində də, həyata keçirtdiyi məktəb tikintiləri, Şərq dünyasında əzilən,yardıma ehtiyacı olan insanlara Heydər Əliyev Fondunun əlini uzatması, Avropada bu gün bizə çox təəssüflər olsun ki, milli etik və eyni zamanda dini baxımdan ayrı seçkiliklə yanaşmağa çalışan məhz Avropaya Azərbaycanın bir tollerantlıq beşiyi olduğunu nümayiş və sübut edərək, kilsələrin təmir edilməsi, Azərbaycanın bütün dinlərə, xalqlara eyni gözlə baxması və bütün dünyanı demokratik dəyərlərlə dəyərləndirdiyini Heydər Əliyev Fondu öz əməlləri ilə isbat etdi. Bütün dünyanın bizim haqqımızı, ədalətimizi tapdaladığı bir zamanda, bizim işğal altında olan torpaqlarımızı, işğal nəticəsində torpaqlarından didərgin vəziyyətinə düşmüş insanlarımızı, xarabaya çevrilmiş torpaqlarımızı görmək istəməyən bütün dünya qüvvələrinə qarşı Heydər Əliyev Fondu Xocalıya Ədalət Kompaniyasını başlatdı. Bu kompaniyanı uğurla davam etdirərək dünyaya Xocalı həqiqətlərini tanıtdı. Əlbəttə Heydər Əliyev Fondu və onun rəhbərinin həyata keçirdiyi işlər o qədər çoxdur ki, onların hamısı haqqında kiçik bir müsahibə danışmaq və bu məsələlərə toxunmaq qeyri mümkündür. Fəaliyyət çox geniş araşdırmaların, çox səhifəli kitabların mövzusudur. Amma sadəcə olaraq bir neçə kəlmə olaraq bunarı qeyd etmək istədik və bir daha Heydər Əliyev Fonduna, onun rəhbəri olan xanım Mehriban Əliyevaya, vitse-prezident Leyla xanım Əliyevaya həyata keçirtikləri uğurlu fəaliyyətlərinə bundan sonra da, uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə