Meksikanın Azərbaycandakı səfirliyi təyyarə qəzası ilə bağlı başsağlığı verib

Meksikanın Azərbaycandakı səfirliyi Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib. SİA xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə