Azərbaycanın Misirdəki səfirliyində Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd edilib - FOTO

Azərbaycanın Misirdəki səfirliyində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Misirdə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının və Ümumdünya Urbanizasiya Forumunun (WUF12) 12-ci sessiyasında iştirak etmək üçün Qahirədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvləri iştirak ediblər. SİA xəbər verir ki, tədbirin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Misirin və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov açılış nitqində dövlət bayrağımızın keçdiyi tarixi yoldan danışıb, 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini yazmış Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini qeyd edib.

Diplomat vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində sabitləşən və inkişaf yoluna qədəm qoyan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını işğaldan azad edib, suverenliyimiz tam bərpa olunub.

Tədbir çərçivəsində Zəfər Günü ilə əlaqədar fotosərgi təşkil olunub, videoçarx göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə