Siyasi şərhçi Kənan Novruzovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- COP29-un keçirilməsinə az bir müddət qalıb. Azərbaycan BMT-nin bu nüfuzlu tədbirinə ev sahibliyi etməyə tam hazırdır və hazırlıq işləri də artıq son mərhələdədir. Amma bəzi qərəzli dairələr öz çirkin niyyətlərindən əl çəkməyərək, COP ərəfəsində qarayaxma kampaniyasını davam etdirir. Təəssüf ki, ölkəmizə qarşı çox geniş və koordinasiya edilmiş media prosesi bu gün də davam edir.
- Təəccüblü deyil, biz oxşar ssenariləri görmüşük. Ölkəmizdə baş tutan digər beynəlxalq əhəmiyyətli tədbirlər zamanı da Azərbaycana qarşı “səlib yürüşləri” başlanmışdı. Amma həmin dövrdə ölkəmizə qarşı olan bütün anti-təbliğat maşınların dəf etdiyimiz kimi, indi də bunun öhdəsindən gələcək və COP29-a yüksək səviyyədə ev sahibliyi edəcəyik. Böyük güclər Azərbaycanın qələbəsini, ölkəmizə olan etimadı həzm edə bilmirlər. Çünki Fransa kimi dövlətlər Azərbaycanın formalaşdırdığı yeni reallıqlarla barışmaq istəmir. Amma COP29-la bağlı konkret təzadlı məqamlar mövcuddur. Belə ki, böyük güclər Azərbaycanın bu konfransa ev sahibliyi etməsini vaxtilə dəstəkləyib və buna yekdilliklə səs veriblər. İndi isə Azərbaycana qarşı apardıqları anti-təbliğatla öz riyakarlıqlarını sübut edirlər.
- Bu ilin noyabrında Azərbaycan COP29-a, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibiyi edəcək. Bunun ölkəmiz üçün önəmi nədir. Hazırlıq işləri necə gedir ?
- Müxtəlif mənbələrin və nazirliklərin verdiyi açıqlamalardan məlum olur ki, fərqli istiqamətlərdə COP29-a ev sahibliyi etməyə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Azərbaycan növbəti dəfə dünyaya sübut edəcək ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə nümunədir. Azərbaycan qlobal iqlim dəyişikliyi məsələsində öz yanaşmasını təqdim edəcək və bu məsələyə ciddi töhfə verəcək. Amma COP29 konfransları yalnız iqlim məsələlərinin müzakirəsi ilə bitməyəcək. Bu konfransda müxtəlif dövlətlərin rəhbərləri iştirak edəcək, müzakirələr aparılacaq. Bütövlükdə konfrans çərçivəsində bəşəriyyəti narahat edən bütün məsələlərin müzakirəsinə yer veriləcək. Yaşıl enerjinin daha da optimallaşdırılması, yaşıl iqtisadiyyata keçid kimi mühüm əhəmiyyətə malik məsələlər konfransın gündəliyində yer alacaq. COP29-a ev sahibliyindən sonra, ümumiyyətlə qlobal iqlim dəyişikliyi məsələsində hətta yeni mərhələ başlanacaq.
- Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 31-də verdiyi açıqlamada COP29-a görə Bakıya gəlmək barədə açıq danışmadı. Ermənistan Baş naziri Bakıya gələ bilərmi ?
- Görünən odur ki, Ermənistan hələ tərəddüd içərisindədir. Ehtimal edirəm ki, Paşinyan özü deyil, xarici işlər nazir gəlsin. Ermənistanı tərəddüddə saxlayan əsas məsələ isə Qərbin mövqeyi idi. Çünki Qərb dövlətləri, o cümlədən Fransa başa düşür ki, Ermənistanın COP29-da iştirakı Bakı-İrəvan arasındakı soyuq küləyin aradan qalxmasına kömək edəcək, qarşılıqlı etimad mühiti formalaşacaq. Hətta Mirzoyan iştirak etsə belə hansısa sənədin imzalanması istisna deyil. Qərb buna mane olmağa çalışır, bununla əlaqədar olaraq Ermənistana təzyiq göstərir. Lakin COP29-da iştirak Ermənistan üçün fürsətdir. Əgər Ermənistan sülh məsələsində səmimidirsə, siyasi iradə göstərməli və COP29-da iştirak etməlidir.
- Ermənistan Baş naziri kommunikasiyaların açılmasına şərait yaratmağa hazır olduğunu bildirib. Lakin kommunikasiyaların Ermənistanın suverenliyinə uyğunluğunun vacib olduğunu deyib. Çox güman ki, o yollara nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Rəsmi Bakı bununla razılaşa bilər ?
- İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Qalib tərəf olmasına baxmayaraq, Azərbaycan sülh təşəbbüsü ilə çıxış edən dünyada nadir oyunçulardandır. Belə bir şəraitdə Ermənistan hansısa şərt və ya absurd təkliflər səsləndirmək əvəzinə soyuqqanlı düşünməli və ortaya qoyulan imkanlardan istifadə etməyə çalışmalıdır. İndiki halda Ermənistanın hansısa şərt ilə çıxış etmək kimi şansı yoxdur. Çünki Ermənistan hazırda Rusiya ilə Qərb arasında siyasi poliqona çevrilib.
Ermənistan hakimiyyəti, şəxsən Paşinyan özü də anlayır ki, Azərbaycanın heç kimin ərazi bütövlüyü və suverenliyində gözü yoxdur. Amma unutmaq olmaz ki, bu gün Ermənistanın mövcud olduğu torpaqlar tarixi Azərbaycan torpaqları olub. Ermənistanın hansısa ərazi bütövlüyü və ya suverenlikdən danışmağa ixtiyarı yoxdur. Lakin indiki məqamda Azərbaycanın təkliflərini, humanist yanaşmasını Ermənistan müsbət qiymətləndirsin.
- Ermənistanın ədliyyə naziri Konstitusiyaya dəyişikliklə bağlı referendumun 2027-ci ildə keçiriləcəyini bildirib. Halbuki, bu məsələ Azərbaycanın Ermənistan qarşısında sülh üçün qoyduğu şərtlərdən biridir. Belə olan halda sülh müqaviləsinin imzalanması gecikəcəkmi?
- Rəsmi Bakının sülh sazişi ilə bağlı şərti aydın və konkretdir. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir və bunu konstitusiya səviyyəsində təsbit etməlidir. Bu olmadıqca sülh sazişinin imzalanacağı ağlabatan deyil. Maraqlıdır ki, bu yaxınlarda Paşinyan, Ermənistan prezidenti də sülh sazişini imzalamağa hazır olduqlarını bildirdilər. Amma bunu deyən siyasi lider konstitusiya dəyişikliyi barədə heçnə danışmır. Belə qənaətə gəlinir ki, Ermənistanın sülh sazişi ilə bağlı bəyanatları sadəcə manipulativ məqsədlidir. Həqiqətən səmimi olarsa, ilk olaraq konstitusiyasını dəyişməli, ərazi iddialarından tam əl çəkməlidir. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir əngəl olmayacaq. 2027-ci ili qeyd edirlərsə, həmin zamana kimi sülh sazişinin imzalanmasının da real görünmədiyini anlamalıdırlar və Ermənistan buna hazır olmalıdır.
- Ermənistan müəyyən dövlətlər tərəfindən daim silahlandırılır. Hər sentyabr ayında onlar müəyyən provakasiyalara gedirlər. Bu dəfə də yeni silahlı münaqişə ola bilərmi ?
- Ermənistanı silahlandırmaq istəyənlərin və silahlandıranların məqsədi regionda yeni gərginlik yaratmaqdır. Şərqi Avropada Ukraynanı silahlandırdılar Rusiya ilə qarşı-qarşıya qoydular və daha sonra özləri Şərqi Avropaya müdaxilə etməyə başladılar. Eyni prosesi Yaxın Şərqdə müşahidə edirik. Eyni ssenarini Cənubi Qafqazda da təkrarlamağa çalışırlar, Ermənistanı özlərindən asılı vəziyyətə salaraq yeni müharibəyə təşviq edirlər. Bundan sonra isə gərginlik vasitəsilə regiona daxil olmaq niyyəti güdürlər. Sülh, regional sabitlik Fransaya və bir çox Qərb ölkələrinə sərf etmir. Çünki bu zaman regiona müdaxilə imkanları olmayacaq. Amma bu gün Ukraynanı tək qoyan Qərb, sabah Ermənistanı da tək qoyacaq. Ermənistan hakimiyyəti soyuqqanlı olmalı və düşünməlidir ki, Fransa kimi dövlətlərin ipi ilə quyuya enməyə dəyməz. Əks halda ehtimal olunan üçüncü hərbi toqquşmanın gərginliyi və nəticəsi daha pis ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə