İğdırda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi qeyd olunacaq
Oktyabrın 18-də Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbir keçiriləcək. SİA xəbər verir ki, tədbir iştirakçıları, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının növbəti ildönümünü də qeyd edəcəklər.
Tədbir Azərbaycanla Dil, Tarix, Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Cəmiyyəti (“İğdır Azərbaycan Evi”) tərəfindən təşkil olunacaq.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupunun çıxışı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə