Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib - YENİLƏNİB

Sahibə Qafarova yenidən Milli Məclisin sədri seçilib. SİA-nın xəbərinə görə, bu barədə məsələ VII çağırış parlamentin ilk iclasında səsverməyə çıxarılıb.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədrliyinə namizədliyi irəli sürülüb. S.Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə minnətdarlığını bildirib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da S.Qafarova VII çağırış Milli Məclisin sədri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə