"COP 29 bütün dünyaya səs salmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Avropa oyunları, Avroviziya, İslam Həmrəyliyi Oyunları, Formula 1 də bura aiddir. Bu tədbirlər beynəlxalq standartlara uyğun olaraq çox yüksək səviyyədə həyata keçirilib və hamısı çox böyük çətinliklər hesabına başa gəlib. Amma əlbəttə ki belə tədbirlərin keçirilməsi müvafiq təşkilat komitələrinin Azərbaycana səs verməsi Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında hüquq müdafiəçisi Rauf Zeyni deyib.

Rauf Zeyni sözlərinə belə davam edib: “O cümlədən, dəfələrlə biz vurğulamışıq ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı milli-bəşəri və mütərəqqi siyasətinin nəticəsi olaraq bu tədbirlər Azərbaycana salınır və Azərbaycanda keçirilməsinə razılıq verilir. Bu bizim üçün çox böyük bir tarixi əhəmiyyət daşıyır.

Eyni zamanda bugün Azərbaycan Respublikasının dövlətçiliyinin inkişaf etməsi, beynəlxalq nüfuzunun get-gedə artırılması, torpaqların işğaldan azad olunması, Qərbi Azərbaycana və Qarabağa Böyük Qayıdışın həyata keçirilməsi, ərazimizin minalardan təmizlənməsi, Qarabağın dirçəlməsi, Zəngəzur dəhlizinin açılması və digər tarixi əhəmiyyətli tədbirlərimizin keçirilməsi üçün bu cür beynəlxalq tədbirlərin ölkəmizdə həyata keçirilməsi çox vacib, əhəmiyyətli və çox strateji bir məsələdir.

Ona görə COP29 -un da bu il Azərbaycanda keçirilməsi Azərbaycan dövləti üçün beynəlxalq universitetdə dövlət imtahanıdır. Biz bu dövlət imtahanını bütün imkanlarından inzibati və ictimai resursların hamısından istifadə edərək ən yüksək səviyyədə keçirməliyik. Çünki Azərbaycan tarixi zəfər əldə edəndən sonra bizi istəməyənlər, gözü götürməyənlər çoxdur. Ona görə biz elə yüksək səviyyədə tədbir keçirməliyik ki, COP 29 Azərbaycan bütün dünyaya səs salsın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə