“Paris bu dəfə də təxribatlarını davam etdirmək yolu tutub” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Paris bu dəfə də təxribatlarını davam etdirmək yolu tutub” - POLİTOLOQ FİKİR BİLDİRDİ

“Fransanın ölkəmizə qarşı apardığı qarayaxma kampaniyası artıq uzun müddətdir ki, davam edir. Hər fürsətdə bu şəkildə iyrənc kampaniya aparan rəsmi Paris bu dəfə də Olimpiya oyunlarında təxribatlarını davam etdirmək yolu tutub. Şübhə yoxdur ki, Paris Yay Olimpiya oyunlarının açılış mərasimində Fransa jurnalistlərinin ölkəmizlə, Qarabağla bağlı səsləndirdiyi fikirlər birmənalı olaraq təxribat xarakteri daşıyır və bu sadəcə hansısa kanalın və ya jurnalistin mövqeyi deyil, birbaşa rəsmi Paris tərəfindən idarə olunan təxribatdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, bu hal bir daha Fransanın Azərbaycan qarşı hansı mövqedə olduğunun əyani sübutudur. Beynəlxaql idman yarışında Fransanın öz siyasi məqsədləri üçün bu cür metodlara əl atması təəssüf və ikrah hissi doğurur.
Bununla bağlı ilk olaraq xarici ölkələrin və beynəlxalq təşkilatların məsələyə münasibət bildirməsinə nail olmaq lazımdır. Beynəlxaq Olimpiya komitəsinin, olimpiadanın təşkilinə məsul olan beynəlxalq qurumların bununla bağlı tədbir görməsi mühümdür. Təbii ki, Azərbaycan tərəfindən aidiyyatı qurumlar müvafiq bəyantlarla çıxış ediblər və müraciətlər də ünvanlayıblar. Amma bu yetərli deyil. Fransanın ölkəmizə qarşı bu şəkildə iyrənc üsullarla mübarizə aparmasını onların özlərinə qarşı yönləndirmək lazımdır.
Bütün dünyaya rəsmi Parisin özünü sülhpərvər kimi göstərməsinin həqiqəti əks etdirmədiyini sübut etmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə