“Azərbaycana olan ciddi diqqət və marağın şahidi olduq” - ŞƏRH OLUNDU
“Azərbaycan Prezidenti İlham Əliyevin London səfəri Azərbaycan üçün çox maraqlı və yaddaqalan oldu. Cənab Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Toplantısında növbəti dəfə iştirak etməsi və səfər boyunca Azərbaycana xüsusi maraq göstərilməsinin şahidi olduq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, İngiltərədə keçirilən tədbirdə faktiki olaraq Azərbaycana həm COP29-a ev sahibliyi edən ölkə kimi, həm də regionun ən vacib dövləti kimi ciddi diqqət və marağın şahidi olduq: “Bu baxımdan da burada cənab Prezidentin keçirdiyi görüşləri də xüsusi qeyd etmək lazımdır. İstər Almaniya konsleri, istərsə də Lüksemburqun baş naziri ilə aparılan müzakirələr Azərbaycanın xarici siyasətinin gələcək konturlarında özlüyündə yeni sazişlərin imzalanmasını da ehtiva edir.
Biz bu gün xarici siyasət kursumuzda balanslaşdırılmış xarici siyasət həyata keçiririk. Əslində Avropa Siyasi Birliyinin artıq dördüncü dəfə baş tutan müzakirələrində Azərbaycanın Avropa İttifaqının üzvü olmadan bura dəvət edilməsi də Qərb strukturlarının bölgəyə, Cənubi Qafqaza, xüsusilə Azərbaycana göstərdiyi maraqları özündə ehtiva edir. İstənilən halda Azərbaycanın Qərblə münasibətlərini dərinləşdirməsi fonunda dəyərləndirlə bilməz. Biz hər bir siyasi coğrafiya ilə bərabər məsafəyə malikik. Sadəcə olaraq ölkəmizin mövqeləri güclənib və buna görə də sözügedən tədbirlərdə Azərbaycan daimi olaraq iştirak edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB