Azərbaycan nümayəndə heyətinin İtaliyaya səfəri çərçivəsində qarşılıqlı faydalı imkanların reallaşdırılması istiqamətində müzakirələr davam etdiriləcək. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Luka Di Canfrançesko ilə görüş keçirib: "Səfirə fəaliyyətində uğurlar arzulayırıq Onunla görüşdə birgə təşəbbüslərin dəstəklənməsinin önəmini qeyd etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə