"Panelin xeyirlərə vəsilə olmasını diləyirəm" - ŞAMİL AYRIM

"Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaqdan məmnuniyyət duyduğumuzu ifadə etmək istəyirəm". SİA xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, əslində 3 ildir biz bu panelləri həyata keçiririk: "Mən burada sözlərimin başında Yeni Azərbaycan Partiyası sədrin birinci müavini Tahir bəyə ürəkdən təşəkkür edirəm. Hər il başqa modda bu panellər reallaşır. Bu ilki panelin birinci bölümünü tamamladıq. İkinci paneli mən idarə edəcəyəm. Panelin mövzusu “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi”dır. Artıq birlikdə daha güclüyük deyərkən Partiyalararası dialoqla bu birliyin necə daha irəli səviyyəyə daşıyacağımızı bizim fəaliyyətlərimiz parlamentdəki işlərimiz göstərəcək. Bu konfransın panelinin xeyirlərə vəsilə olmasını diləyirəm. Hamınıza hörmətlərimi bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə